"Hazırda meyxana narkotiklə mübarizə aparır. Meyxana narkotiki təbliğ etmir".
Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu sözləri tanınmış meyxanaçı Pünhan Əzim bəstəkar-müğənni Murad Arifin "Popumuz var" verilişində qonaq olarkən deyib.
Aparıcının "Niyə meyxana aləmində narkotik mövzusu danışılır" sualına meyxanaçı etiraz edib.
O bildirib ki, narkomanlar bütün sahələrdə var:
"Meyxanaçılar narkomandır" düşüncəsi yanlışdır. Narkotika cəmiyyətin bəlasıdır. Məgər digər sahələr və yaxud müğənnilər arasında narkomanlar yoxdur? Əlbətdə ki, var. Sadəcə meyxanaçılar digər sənət sahələrindən fərqli olaraq daha çox xalqın içində, göz qabağında və yanındadır. Ona görə də meyxanaçılar haqqında rəy var. Amma, məsələn opera ifaçılarını bizim qədər xalq tanımır, ona görə də pis vərdişlərinə bələd deyil".
Ətraflı videoda:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun