Əməkdar artistlər Lalə Məmmədova və Sevda Ələkbərzadə barışıb.
Milli.Az olay-a istinadən bildirir ki, sənətçilər tanınmış təşkilatçı Seva Sultanın doğum günündə bir araya gəlib.
Onları Elnur Həsənov barışdırıb. Müğənnilər öpüşüb-görüşdükdən sonra birlikdə rəqs ediblər.
Sözügedən anlar OLAY-ın kamerasına tuş gəlib.
Qeyd edək ki, müğənnilər 2004-cü ildən bəri danışmırdılar. Onların küsülülüyünə səbəb isə "Şəbi Hicran" albomu olmuşdu.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun