"Kimin istəsəniz verilişinə çıxaram, Elgizin verilişinə çıxmaram"

"Kimin istəsəniz verilişinə çıxaram, Elgizin verilişinə çıxmaram"

Aparıcı Elgiz Əkbər Əməkdar artist Rəhman Rəhmanovun birinci həyat yoldaşı Ulduz Əhmədovanın onun proqramına qatılmaq istəmədiyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda öz verilişində danışan Elgiz U.Əhmədovanın ondan küsmə səbəbini açıqlayıb:

"Emil Rəhmanovun (mərhum müğənni - red.) ailəsi proqramımıza gəlib danışmaq istəyirdi. Prodüserimiz Ulduz xanıma zəng edib ki, sizin haqqınızda ailə efirdə danışacaq. O da qayıdıb ki, kimin istəsəniz verilişinə çıxaram, Elgizin proqramında cavab verməyəcəyəm. Ulduz xanım məni danışmağa məcbur edir. Emilə və sizə məndən çox dəstək olan olmayıb. Rəhman Rəhmanovun ikinci həyat yoldaşına yardım etdiyim üçün belə danışır. Efirimə gəlib, qapıdan qovum? Siz nə zaman gəlmisiniz, mən qapını üzünüzə bağlamışam".

Qeyd edək ki, U.Əhmədova oğlunun ölümündən danışarkən "Emil isə məni yandırdılar. Övladımın xəstəxanaya düşməsini, reanimasiyada olmasını mənə xəbər etməyiblər. İmkan verməyiblər yataqda üzünü görüm. Bunu Allah götürər? Bunu heç kimə bağışlamayacağam" sözlərini deyib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun