Müğənni Gülay Zeynallı Rusiyada saxlanılan Kamil Zeynallı üçün göz yaşı töküb.
OLAY yazır ki, sənətçi “Tarixin bir günü” verilişinə canlı bağlantı ilə qoşulub. O, qızının atasından danışarkən göz yaşlarını saxlaya bilməyib:
“Gecə 3-ə qalmış Kamil zəng etdi ki, məsələ bu yerdədir. Efir vasitəsilə demək istəyirəm ki, dövlətimzi Kamilə kömək etsin. Qızımın arxa-dayağı, başının tacı olan bir insan varsa, o da atsıdır. İstəmirəm, qızım atasız bir gün keçirsin. Ona görə də xahiş edirəm, Kamilə kömək olsunlar. Sahilə hər şeyi başa düşür, ona danışmışam. Biz gecədən yatmamışıq. Böyük qızdır, bilmək haqqı var. Ən azından telefonu var baxır, izləyir. İnanıram ki, dövlətimiz onu tək qoymayacaq. Çünki o, çox yaxşı oğuldur, atadır. Cənab Prezidentimizdən, Mehriban xanımdan çox xahiş edirəm. Bu işin öhdəsindən ancaq onlar gələ bilər. Necə ki, Azərbaycanımızı bütöv etdilər, eləcə də qızımın atasını onaa qaytarsınlar, çox xahiş edirəm”.