Stilist və vizajist Anar Ağakişiyev də ötən axşam Moskvada terror hadisəsi törədilən "Crocus City Hall" konsert mərkəzində olub.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu haqda Anar özü məlumat yayıb.
Ağakişiyev sosial şəbəkə hesabında İstanbul Hava Limanından paylaşdığı videoaçıqlamasında bildirib ki, dəhşətli olaydan yarım saat əvvəl məkanı tərk edib:
"Çoxunuz mənə görə narahatsınız. Mən də orada idim. Amma hadisədən yarım saat əvvəl oradan ayrılıb, hava limanına getdim".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun