Xalq artisti Miri Yusifin ən çox ödədiyi hesab ortaya çıxıb.
OLAY yazır ki, Xalq artisti “Zarafat bir yana” verilişində ən çox hesabı dostları ilə bir araya gəldiyi doğum günündə ödədiyini deyib. Lakin “Belə şeyləri unutmaq lazımdır” deyərək məbləği açıqlamayıb.
Daha sonra proqramın aparıcısı Nicat Rəhimov bunu araşdırdığını və sənətçinin həmin gün 15 min manat ödədiyini deyib.