"Oxşadığı saçlarım görməyəli çox ağarıb. Qəlb sirdaşım, ürək dostum, bilsən necə darıxmışam. Sənə elə möhtacam ki, kaş duysan, görsən, yorub həyat məni".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva dünyasını dəyişən qardaşı Balaşla bağlı paylaşımında yazıb. Qadraşının ölüm ildönümü olduğunu vurğulayan ifaçı bunları əlavə edib:
"Ağlamaqdan utananam. Utanmaqdan keçib daha, hönkür-hönkür ağlayıram. Bir zamanlar mənə dərman sən idin. İndi hər yeməkdən əvvəl və sonra dərman içirəm. Gənc deyiləm, daha canda can qalmayıb. Heç bilmirəm səni kimdən soruşum. Dağılmışam, ruhum ölüb. Nə olar, kaş bir gün gəlsən, qucaqlasan. Mən də gözlərinə baxıb sussam. Qayğılardan uzaqlaşsam. Sən də yenə əvvəlki tək qalsan.
22.02.2021 - səni bizdən alan gün".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun