Əməkdar artist Mehriban Xanlarova geyimləri ilə bağlı sosial mediada yazılanlara cavab verib.
OLAY yazır ki, aktrisa "Bizimləsən" proqramında geyindiyi libasların ona aid olmadığını deyib.
“Geyindiyim paltarlar mənim deyil. Taxdığım eynək də mənim deyil. Hər dəfə yazırlar ki, gündə bir paltar geyinir və eynək taxır. Bunları mənə efir üçün verirlər”, - deyə, o, bildirib.
Qeyd edək ki, ötən həftələrdə “Zaurla Günaydın” verilişində Əməkdar artistin evindən göstərilən kadrlardan sonra sosial mediada ona “Gündə bir paltar geyinirsən” kimi şərhlər yazılıb.