Müğənni Sabina Selcan "TikTok" platformasında açdığı canlı yayım zamanı emosiyalarına hakim ola bilməyib.
Milli.Az-ın məlumatına görə, izləyicilərin yazdığı bəzi rəylər ifaçını əsəbiləşdirib. Xatırladaq ki, bir müddət əvvəl sənətçi televiziya proqramlarından birində qonaq olarkən efirə zəng edən qadın ona "ailəmi dağıtma" ittihamını səsləndirmişdi. Sabina Selcan isə həmin iddiaların həqiqətə uyğun olmadığını və böhtan xarakteri daşıdığını demişdi.
Canlı yayım zamanı izləyicilər yenidən bu mövzuya qayıdaraq suallar ünvanlayıblar. Bu isə müğənninin əsəblərinə təsir edib. O, göz yaşları içində yayılan söz-söhbətlərin şəxsi həyatına ciddi təsir göstərdiyini bildirib.
İfaçı qeyd edib ki, dedi-qodular səbəbindən ailə üzvləri ondan uzaqlaşıb: "Bu söz-söhbətlərə görə övladlarım, bacım, qardaşım məndən uzaq düşdü. Tək qalmışam. Sizin həyatınızı bitirərəm. Sizin də uşaqlarınız, nəvələriniz var, Allahdan qorxun".
Hüseyn
Milli.Az
















