Britni Spirs sərxoş halda avtomobil idarə etdiyinə görə həbs edildikdən sonra sosial şəbəkələrə qayıdıb və 19 yaşlı oğlu ilə yeni video paylaşıb.
OLAY yazır ki, o, instaqram hesabını da aktivləşdirib. 44 yaşlı müğənni pərəstişkarlarına təşəkkür edib və oğlu Ceydenlə yeni video paylaşıb.
“Dəstəyiniz üçün təşəkkür edirəm… Ailə və dostlarla vaxt keçirmək əsl xoşbəxtlikdir!” - deyə, Spirs paylaşımında yazıb.

















