Aparıcı Hacı Nuran Hüseynov Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb.
OLAY yazır ki, bununla bağlı o, instaqramda məlumat paylaşıb. Bildirib ki, bir neçə gün öncə sənətçi ilə bir araya gəlib:
“Budur, o canlı əfsanə ilə görüşdüm. Ötən günləri xatırladıq. Onunla Moskvada rastlaşdığımız günləri xatırladıq. Onda mən gənc idim. Zeynəb xanım isə həmişəki kimi zirvədə və çox tələb olunan bir sənətkar kimi, SSRİ Xalq artisti kimi növbəti konsertinə hazırlaşırdı. Həmişə səmimi və mehriban xarakteri ilə sevilib bu sənətkar. Bir də onu mahnılarında sevmişik.
Çünki Zeynəb Xanlarova yeganə sənətkar idi ki, repertuarında dünya xalqlarının mahnıları da yer alırdı. Getdiyi bütün ölkələrdə yerli dildə mahnılar oxuyurdu. Bu da onun həmin ölkələrin mədəniyyətinə, incəsənətinə və ən əsası da xalqına olan hörmətindən irəli gəlirdi. Zeynəb xanım bütün dövrlərdə olduğu kimi bu gün də sevilir, hörmət edilir. Sənətin kraliçası, canlı əfsanəsi, yaxşı ki varsız!”.