Maklemor “Free Palestine” adlı tura çıxır!

Maklemor “Free Palestine” adlı tura çıxır!
Maklemor “Free Palestine” adlı tura çıxır!

Reper Maklemor “Free Palestine” adını verdiyi yeni yardım turunu elan edib.

OLAY yazır ki, son həftələrdə baş verənlərin sənətçilərdən gözləntiləri dəyişdirdiyini deyən reper “İnsanlar sənətçilərin önə çıxmasını, özlərini maarifləndirməsini və səhnədən yalnız əyləncə məqsədilə istifadə etməməsini istəyir” ifadələrini işlədib. Maklemor, həmçinin, yaşadıqlarının yalnız bir sənətçidən daha böyük bir məsələ olduğunu vurğulayaraq, milyarderlərin hansı səslərin səhnədə yer ala biləcəyini müəyyənləşdirə bilməsinin hər kəsin diqqət yetirməli olduğu bir məsələ olduğunu bildirib.

Turun ilk üç konserti 26 oktyabrda Dublində, 29 oktyabrda Parisdə və 30 oktyabrda Londonda keçiriləcək. Maklemora daha əvvəl səhnələrindən Fələstinə dəstəklərini ifadə edən müxtəlif sənətçilər də qoşulacaq. Bu sənətçilərin adları daha sonra açıqlanacaq. Konsertlərdən əldə olunacaq gəlirin tamamı Fələstin xalqını və Fələstinə yönəlmiş humanitar yardım fəaliyyətlərini dəstəkləyən təşkilatlara köçürüləcək. ABŞ-dəki konsertlərin də daha sonra elan edilməsi planlaşdırılır.

Maklemor “Free Palestine” adlı tura çıxır!
Mənbə: olay.az