"Yeşilçam"ın uşaq aktrisası 36 il sonra üzə çıxdı - FOTOlar

"Yeşilçam"ın uşaq aktrisası 36 il sonra üzə çıxdı - FOTOlar

"Yeşilçam"ın uşaq aktrisası Oya Ece Altonun uzun illərdən sonra yeni fotoları yayılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir çox filmlərdə məşhur aktyor Kemal Sunalla (Şaban) birlikdə rol alan Ecenin hazırkı görünüşü onu sevənləri təəccübləndirib.

Qeyd edək ki, o, İstanbul universitetinin İtaliyan dili və ədəbiyyatı fakültəsini bitirib.

Fatoş "Garip" filmindən sonra "TRT 1" ekranlarında yayımlanan "Gecenin Öteki Yüzü" adlı serialda da rol alıb.

Daha sonra "Keşanlı Ali Destanı", "Beyaz Bisiklet", "Arka Sokaklar" və "İmkansız Aşk" kimi layihələrdə yer alıb. 

Aktrisanın fotosunu təqdim edirik:

Fidan
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun