Çak Norris vəfat etdi

Çak Norris vəfat etdi

Çak Norris 86 yaşında dünyasını dəyişib.

OLAY yazır ki, “Delta Bölməsi” və “İtkin düşənlər” filmləri ilə tanınan məşhur döyüş ustası və aktyor — vəfat edib.

Ailəsinin bildirdiyinə görə, o, cümə axşamı səhər Havay adalarında dünyasını dəyişib: “Dərin kədər hissi ilə ailəmiz sevimli Çak Norrisin dünən səhər (cümə axşamı) qəfil vəfat etdiyini bildirir. Hadisənin təfərrüatlarını gizli saxlamaq istəsək də, bilin ki, o, ailəsinin əhatəsində idi və rahatlıq tapdı” - deyə ailəsi bildirib.

Norris daha çox 1980-ci illərin döyüş sənətləri və macəra filmlərindəki rolları ilə tanınır. həmçinin 1990-cı illərdə CBS telekanalında yayımlanan “Uoker, Texas mühafizəçisi” teleserialında Texas reynceri Kordell Uoker obrazı ilə məşhur olub.

Son onilliklərdə Norris demək olar ki, kinoda çəkilməyib, yalnız 2012-ci ildə “Məğlubedilməzlər 2” kimi filmlərdə bir neçə ikinci dərəcəli rolda yer alıb.

Məlumdur ki, Çak və Bryus Li 1960-cı illərin ortalarında birlikdə məşq edərək uzun illər sıx əlaqələr saxlayıblar. Hər ikisi 1972-ci ildə çəkilən “Əjdahanın qayıdışı” filmində rol alıb.