Azərbaycan şou-biznesində tanınmış simaların illər ərzində keçirdiyi dəyişikliklər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, son günlərdə yayılan arxiv və yeni görüntülərdə bir çox məşhurların əvvəlki və indiki görnüşləri müqayisə edilib. Paylaşımlarda əsasən müğənnilər və aktrisalar yer alıb ki, onların imic, stil və ümumi görünüş baxımından dəyişimi izləyicilərin diqqətini cəlb edib.
Müzakirə olunan simalar arasında Məleylə Əsədova, Günay İbrahimli, Damla və digər tanınmış şəxslərin adları çəkilir. Onların illər öncəki görüntüləri ilə hazırkı görünüşləri arasında fərqlər sosial şəbəkə istifadəçiləri tərəfindən geniş şəkildə şərh olunub.
Bəzi izləyicilər məşhurların illər keçdikcə daha baxımlı və dəbli olduqlarını qeyd etsə də, digərləri isə dəyişimin estetik müdaxilələrlə bağlı olduğunu iddia ediblər. Bu isə mövzu ətrafında müxtəlif fikirlərin formalaşmasına səbəb olub.
Paylaşılan görüntülər qısa zamanda viral olaraq çox sayda baxış və şərh toplayıb. Məşhurların illər içində keçirdiyi bu dəyişikliklər isə yenidən gündəmin əsas mövzularından birinə çevrilib.
Musa
Milli.Az

























