BTS-in “Arirang” albomu 20 martda dinləyicilərin ixtiyarına verilib.
OLAY yazır ki, bu qrupun demək olar ki, dörd ildən sonra ilk tammiqyaslı kollektiv buraxılışıdır. 2022-ci ilin iyun ayında çıxan “Proof” albomundan sonra qrup üzvləri birgə fəaliyyətə fasilə verərək öhdəlikli hərbi xidmətlərini yerinə yetiriblər və solo layihələrlə məşğul olublar.
BTS-in yeni albomu “Spotify”da ən çox gözlənilən buraxılışlardan biri olub.
Albomu təqdim etdikdən sonra BTS dünya turuna çıxacaq. İlk konsert 21 martda baş tutacaq və Netflix vasitəsilə canlı yayımlanacaq.
Tur elə böyük maraq oyandırıb ki, Meksika prezidenti Klaudiya Şeynbaum həmkarı, Cənubi Koreya prezidenti Li Çje Myona diplomatik məktub göndərərək, BTS qrupunun Meksikada daha çox konsert təşkil etməsi üçün rəsmi müraciət edib.

















