Kanadalı aktyor, "Captain Marvel" və "Star Trek: Discovery" filmlərinin ulduzu Kennet Mitçel uzun sürən ağır xəstəlikdən sonra 49 yaşında vəfat edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə sənətçinin ailəsi "Instagram"da paylaşım edib.
Aktyorun fevralın 24-də vəfat etdiyi bildirilir.
Ailəsinin verdiyi açıqlamada deyilir:
"Biz çoxlarının sevimli ata, ər, qardaş, əmi, oğul və əziz dostu olan Kennet Alexander Mitçelin vəfatını ürək ağrısı ilə elan edirik"
Ölümündən əvvəl Mitçell beş il yarım idi ki, Lou Gehrig xəstəliyi (amyotrofik yanal skleroz) ilə mübarizə aparırdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun