Rus ulduzlarını illər belə DƏYİŞDİRİB - VİDEO

Rus ulduzlarını illər belə DƏYİŞDİRİB - VİDEO

Rusiya şou-biznesinin tanınmış simalarının illər ərzində necə dəyişdiyi yenidən maraq mövzusuna çevrilib.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə rus estradasının ən parlaq nümayəndələrinin həm indiki, həm də gənclik illərinə aid kadrları yer alıb. Paylaşımlar izləyicilərdə böyük maraq doğurub və qısa müddətdə geniş müzakirələrə səbəb olub.

Görüntülərdə sanki sənətçilər bir anlıq "maskalarını çıxararaq" keçmişə qayıdırlar. Onların illər əvvəlki sadə və təbii görünüşləri ilə hazırkı imicləri arasındakı fərqlər diqqətdən yayınmayıb.

Müzakirələrdə bir çox istifadəçi məşhurların zamanla daha baxımlı və dəbli olduqlarını qeyd edib. Digərləri isə dəyişikliklərin əsasən stil, makiyaj və estetik müdaxilələrlə bağlı olduğunu vurğulayıb.

Paylaşılan bu kadrlar həm nostalji hisslər oyadıb, həm də sənətçilərin illər içində keçdiyi dəyişimi bir daha gündəmə gətirib. Bu mövzu isə sosial mediada ən çox danışılanlar sırasına daxil olub.

Hüseyn
Milli.Az