"Mənim pullarımı anam sayır, heç vaxt sayını BİLMƏMİŞƏM”

"Mənim pullarımı anam sayır, heç vaxt sayını BİLMƏMİŞƏM”

Tanınmış müğənni Mənzurə Musayeva səmimi etirafı ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sənətçinin maliyyə ilə bağlı açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İfaçı bildirib ki, həyatında heç vaxt qazandığı pulların sayını özü hesablamayıb:

"Heç vaxt pullarımın sayını bilməmişəm. Həmişə anama gətirib vermişəm, o sayıb. İndi də cüzdanımda nə var, bilmirəm. Kimsə götürsə belə, sayından xəbərim olmaz. Anam mənim mühasibimdir. Mənim pullarımın sayını anam bilir".

Müğənninin bu sözləri sosial mediada birmənalı qarşılanmayıb. Bəzi izləyicilər onun bu açıqlamasını səmimiyyət kimi qiymətləndirərək dəstək versələr də, digərləri məsələni fərqli yanaşma ilə şərh ediblər.

Qeyd edək ki, Mənzurə Musayeva tez-tez açıqlamaları ilə gündəmə gələn sənətçilərdən biridir və bu dəfəki fikirləri də müzakirə olunacaq mövzulardan birinə çevrilib.

Musa
Milli.Az