Rejissor və aktyor Hikmət Rəhimov növbəti açıqlamalarıyla diqqət çəkib.
OLAY yazır ki, o, “Telesəhər” verilişinin “Sualın var?” rubrikasında sosial mediadan gələn sualları cavablandırıb. Rəhimov həm rejissorluğunu edib, həm də ssenarisini yazdığı “Apatiya” filminin lazımi dəyəri aldığını bildirib:
“Son 15-20 il ərzində Azərbaycan kinosunda bir film ətrafında 50-yə yaxın media, müxtəlif ziyalı, düşüncə, fikir adamları tərəfindən bu qədər müzakirə və yazı olmamışdı. Mənim və “Apatiya”da işləyən bütün komandanın uğuru idi”.
O həmçinin, “Apatiya”nın davam filmi üzərində çalışdığını deyib:
“Gələcək planlar çoxdur, indiki halda “Apatiya 2”nin ssenarisi üzərində işləyirəm”.