Müğənni Samir Piriyev həyat yodaşı aparıcı Anara Fətəliyevaya avtomobil alıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində məlumat verib.
Samir bildirib ki, xanımına evliliklərindən 13 il sonra nəqliyyat vasitəsi hədiyyə edib:
"Xanımım Anaraya avtomobil almışam. Neçə illər idi, məndən xahiş edirdi ki, ona maşın alım. Mən isə deyirdim ki, maşın sürməyi tam öyrənəndən sonra alacağam. 2011-ci ildə evlənmişik. 13 il sonra ona maşın aldım".
Qeyd edək ki, bu, S.Piriyevin sayca ikinci evliliyidir. Belə ki, Samir 2007-ci il aprelin 27-də Yeganə Mansurova ilə üç il ailəli olub. Samirin ilk evliliyindən Ayşə adlı qızı, ikinci ailəsindən isə Fərəh adlı qızı və Nicat adlı oğlu var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun