“Heç kəsi məhkəməyə verməmişəm”

“Heç kəsi məhkəməyə verməmişəm”

Müğənni Xatun Əliyeva növbəti açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, o, “Rəngarəng səhər” verilişində heç kimi məhkəməyə vermədiyini deyib.

“Hələ mən indiyə qədər heç kəsi məhkəməyə verməmişəm. Məni məhkəməyə veriblər. Mən tərəf qalib oldu. Heç nəyin üstündə olmuşdu”, - deyə, o, bildirib.

Qeyd edək ki, 2018-ci ildə rəqqasə Fatimə Fətəliyeva müğənnini məhkəməyə verib. Onlar 2022-ci ildə “Zaurla Günaydın” proqramında barışıblar.