Artıq bir neçə gündür ki, hər kəs aparıcı Nastya İvleevanın çılpaq partisini tənqid edir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Moskvanın "Mutabor" klubunda dostları və tanışları üçün təşkil etdiyi gecəyə görə aparıcı təhqir olunub.
Bir çoxları tədbirin elan edilən "demək olar ki, çılpaq" geyim kodundan hiddətlənib. Belə ki, ictimaiyyət nümayəndələri bəzi qonaqlara hücum çəkib. Məsələn, Filipp Kirkorovun Xalq artisti titulundan məhrum edilməsini təklif ediblər və səhnəyə yalnız "Balenciaga" corabı ilə çıxan reper Vasio 15 sutka həbs edilib və 200 min rubl cərimə olunub.
Nastya keçirdiyi parti ilə bağlı videoaçıqlama yayıb. O izah edib ki, geyim tərzi gecənin əsas məqsədinə - Rusiyanı tərk edən "Playboy" jurnalı layihəsinin təqdimatına uyğun olub. Çəkilişlərdə "bədənlərinin gözəlliyini göstərməkdən qorxmayan" 100 qadın iştirak edib.
Aparıcı qonaqlardan və hər kəsdən üzr istəyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun