Kardi Bi-nin üzündəki dəyişiklik diqqət çəkdi

Kardi Bi-nin üzündəki dəyişiklik diqqət çəkdi

Kardi Binin yeni plastik əməliyyatı etdirdiyi ehtimal olunur.

OLAY yazır ki, müzakirələrə səbəb isə paparatsiyaların çəkdiyi yeni fotolar olub.

33 yaşlı reper Nyu-Yorkda saç baxımı üçün yeni məhsulun təqdimatından əvvəl görüntülənib. O, tədbir üçün Fransanın “Rowen Rose” brendinə məxsus qəhvəyi paltar seçib, obrazını oxşar saç aksesuarı və iti burunlu hündürdaban ayaqqabılarla tamamlayıb. Lakin pərəstişkarlar Kardinin xarici görünüşündəki dəyişikliklərə diqqət yetiriblər, bir çoxları onun daha gənc və “şirin” göründüyünü qeyd edərək üzgərmə əməliyyatı etdirdiyini ehtimal edib. Digərləri isə onun “şişkin” göründüyünü düşünərək botoksdan həddindən artıq istifadə etdiyini irəli sürüblər.

Qeyd edək ki, Kardi B dəfələrlə plastik cərrahlara müraciət etdiyini gizlətmir.