Müğənni Kenan Doğulu həyat yoldaşı aktrisa Beren Saatın ad gününü sevgi dolu sözlərlə qeyd edib.
Milli.Az lent.az-a istinadən bildirir ki, pop-musiqiçi 40 yaşı tamam olan həyat yoldaşını sosial şəbəkədə şirin sözlərlə təbrik edib.
Boşanacaqları xəbəri ilə daim gündəmə gələn maqazin dünyasının məşhur cütlüklərindən olan Beren Saat və Kenan Doğulu sevgiləri ilə yenidən sosial mediada müzakirə mövzusu olublar.
Doğulu "Ad günün mübarək sevgilim. Dünya sənin içində olduğun üçün çox şanslıdır" deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun