"Həyat yoldaşımı paylaşmıram, göz dəyər"

"Həyat yoldaşımı paylaşmıram, göz dəyər"

"Son vaxtlar həyat yoldaşımın fotolarını paylaşmıram. Qorxuram göz dəyər".

Milli.Az xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Qonaqcanlı" verilişində deyib. Sənətçi həyat yoldaşı Nazimlə fotolarını paylaşmamasından bəhs edib.

Z.Qasımova efirdə həyat yoldaşının şəklinin nümayiş olunmasına "İstəməzdim onun fotoları getsin. İstəmir, xoşlamır" reaksiyasını verib. 

Qeyd edək ki, aktrisa bir müddət əvvəl rəsmi boşandıqlarını, amma bir evdə yaşadıqlarını açıqlamışdı. O, boşanma səbəbini bəzi səndlərlə əlaqəli olduğunu bildirib. (Axşam.az)

Milli.Az