Zarinanın opera ifası diqqət çəkdi

Zarinanın opera ifası diqqət çəkdi

Məşhur aktrisa Zarina Qurbanova səsi ilə heyran edib.

OLAY yazır ki, aktrisa “Komedixana”nın konsertində canlı ifası ilə diqqət çəkib. Onun opera ifası izləyicilər tərəfindən maraqla qarşılanıb.

“Və Heydər Əliyev Sarayında “Komedixana”nın 3 gün davam edən "Bayram bazarlığı" adlı konserti bugün sona çatdı. Hər birinizə təşəkkür edirik əziz tamaşaçılar var olun. Öz növbəmdə deyim ki mənim üçün bu konsert proqramı xüsusən fərqli oldu. 3 gün ərzində sizlərin qarşısında oynadığım səhnələrlə yanaşı canlı ifam bir başqa məsuliyyəti yüklədi. O qədər gözəl geri dönüş aldım o qədər sevgi. Çox çox sağ olun. 20 il işlək olmayan səsimlə bacardığımı etdim deyək. Buna görədə anama təşəkkür edirəm. 7 il boyunca əlimnən tutub vokal dərslərinə inadla apardığı üçün. Hər dəfəsində də deyirdi ki "zamanı gələcək lazım olacaq". O zaman bu zaman imiş”-, deyə Zarina fikirlərini bölüşüb.