Aynur efirdə göz yaşları tökdü: "Vicdanım rahat deyil..."- FOTO

Aynur efirdə göz yaşları tökdü: "Vicdanım rahat deyil..."- FOTO

"Bacımı vaxtsız itirməsəydim, belə tez "düşməzdim" (Görünüşünün pisə doğru getməsini nəzərdə tutur - red.). Atamın, bacımın itkisi... Onları itirməsəydim, daha qəşəng olardım".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova "Rəngarəng səhər" verilişində deyib.

O, valideyinlərinin itkisindən danışaraq göz yaşları töküb:

"Gülürük, danışırıq, amma o kədər bizimlə hər yerdə var. Hər cümə günü atamı və bacımı ziyarətə gedirəm. Getməsəm, elə bilirəm vicdanım rahat deyil... Atam üçün çox darıxıram. Qədərsiz darıxmaq gəlir mənə. Hər zaman məni fikirləşirdi o. Çox darıxıram, çox... (kövrəlir). Mamam da xəstədir(ağlayır)".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun