Aparıcı Elgiz Əkbər tələbəlik illərində yaşadığı çətinliklərdən danışıb.
Milli.Az xəbər verir ki, o, "Şadlıq olsun" yutub layihəsində günlərlə ac qaldığını bildirib:
"Ac qalmağın dəhşətini ola bilər ki, bəzi vətəndaşlar yaşamayıb. Mən olurdu ki, tələbə vaxtı 2 gün ac qalırdım, amma heç kimə əyilmirdim. Kartofu duzlayıb yeyirdim. O vaxt vəziyyət çətin idi. İnsanların çoxu belə yaşayırdı. Elə olurdu ki, heç duz da tapılmırdı. Bunu yaşamayanlar, dilinizi iki metr uzatmayın". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















