Əbu Dabidə həyata keçirməyi planlaşdırdığı konsertlərini bölgədəki müharibə gərginliyi səbəbindən ləğv edən Tarkandan pərəstişkarlarını ümidləndirən bir xəbər gəlib.
OLAY yazır ki, Orta Şərqdəki təhlükəsizlik narahatlıqları səbəbindən 16–17 aprel tarixlərində keçirilməsi planlaşdırılan konsertlərini pərəstişkarlarını təhlükəyə atmamaq üçün təxirə salan sənətçinin, 27 noyabrda Etihad Arenada səhnəyə çıxacağı məlum olub.
Pərəstişkarların mövcud biletlərinin yeni tarix üçün də etibarlılığını qoruduğu məlum olub.
















