Azərbaycanda faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən OLAY-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında yağan yağıntının miqdarı 133 mm-ə çatıb. Bu da aylıq normanın 564 %-ni təşkil edir.
















