“Qayınanam hamilə vaxtı çox əziyyət verirdi”

“Qayınanam hamilə vaxtı çox əziyyət verirdi”

Rəqqasə Fatimə Fətəliyeva növbəti açıqlamaları ilə diqqət çəkib. 

OLAY yazır ki, rəqqasə keçmiş qayınanasının ona əziyyət verməyindən danışıb. Bu haqda o, “Elgizlə izlə” verilişində söz açıb.

“Üzr istəyirəm tamaşaçılardan. Qayınanam mənə hamilə vaxtı çox əziyyət verirdi. Bunları heç vaxt unutmaram. Yenə də həyat bumeranqdır. Bir dəfə qutab bişirdi, mən də elə şişdim, iyi gəldi. Acıqca tez qapını bağladı, gətirdi oğluna verdi ki, ye. Yəni, mən yeməyim. Mənim 16 yaşım var idi, uşaq idim. Ev yığışdırmamışam, ərköyün böyümüşəm ailədə. Evdə heç vaxt əziyyət görməmişəm. Mənə deyirdi yeri əlinlə sil”, - deyə, o, bildirib.