Əməkdar artist Elza Seyidcahan geyimlərini hərraca çıxaracaq.
Milli.Az bildirir ki, bu haqda axşam.az-a açıqlamasında müğənni özü deyib. O bildirib ki, hərrac şəhərdə onun adına açılan və çıxış etdiyi məkanlardan birində keçiriləcək:
"Hərracda geyimlərim, aksessuarlarım olacaq. Çünki insanlar mənə zəng edir, yazır ki, filan əşyanız haradandır? Mən də qərara gəldim hərrac təşkil edim və onları satım. İlkin qiymət 200 manat olacaq. Ən çox ödəniş edən mənim geyimimə sahib ola biləcək. Həmin pulları isə layihələrimə xərcləyəcəyəm. Çünki mənim layihələrim çox pul tələb edir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun