Şeyma Subaşı ilə ayrıldıqdan sonra özündən 30 yaş balaca Ayça Çağla Altunkaya ilə sevgili olan Türkiyənin TV-8 kanalının sahibi, aparıcı, 55 yaşlı Acun Ilıcalı ilə bağlı iddialar yayılıb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, cütlük evlənməyə qərar verib.
"Söylemezsem Olmaz" proqramının yeni şərhçilərindən Yağmur Çevik Altunkaya və Acunun təxmini toy tarixini də açıqlayıb.
"Yəqin ki, Survivordan sonra evlənəcəklər", - Çevik deyib.
Cütlükdən məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, bu Acunun 4-cü evliliyi olacaq. Ilıcalının Banu, Leyla, Yasemin və Melisa adlı qızları var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun