“Səmra dünya ulduzları ilə rəqabət apara bilər!”

“Səmra dünya ulduzları ilə rəqabət apara bilər!”
“Səmra dünya ulduzları ilə rəqabət apara bilər!”

Avroviziya təmsilçimiz Səmra Rəhimlinin anası İlahə Baxış qalmaqallı paylaşımlar edib.

OLAY yazır ki, anası Səmranın “Formula 1”dəki gündəm olan çıxışından yazıb. Onun sözlərinə görə, qızının Azərbaycanda rəqibi yoxdur:

“Bəli, Azərbaycanda belə bir şou göstərə biləcək ikinci artist yoxdur! Dünənki konsertin “əsas ulduzunu” geridə qoymaq çox gözəl bir hissdir.

Səmra ancaq dünya ulduzları ilə rəqabət apara bilər! Nəticə isə göz önündədir. Azərbaycanda ikinci Səmra kimi artist yoxdur və ola da bilməz! Onun bu ölkədə rəqibi yoxdur!”.

Mənbə: olay.az