Fatimə yenə plastik əməliyyat etdirəcək – VİDEO

Fatimə yenə plastik əməliyyat etdirəcək – VİDEO

"Göyçək" ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva yenidən əməliyyat olunacaq. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi "Evdəkilərə salam" verilişinə müsahibəsində deyib. 

Fatimə bildirib ki, yaxın zamanda buxaq əməliyyatı etdirəcək: 

"Arıqlayanda üzün yanaqdan çənəyə doğru hissəsi aşağı düşür. Məndə də eyni haldır. Buxaq nahiyəm düşüb. Əslində, bu mənə yaraşır, amma mən o hissənin sallandığını gördükcə əsəbiləşirəm. Çəkilişlərdə də bunu görürəm. Bu səbəbdən yaxın zamanda buxaq götürmə əməliyyatı keçirəcəyəm". 

Qeyd edək ki, Fatimə Fətəliyeva daha əvvəl piysovdurma və bədənşəkilləndirmə əməliyyatı keçirib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun