"Bizim kəndimizdə "Qasımuçan" qaya var, böyük dağdır. Mən öləndə məni oradan aşağı atın, qarğalar yesinlər".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalist Anar Vəziroğlu "Elgizlə izlə" verilişində deyib.
Onun bu sözləri tamaşaçılar və teleaparıcı Elgiz Əkbər tərəfindən gülüşlə qarşılanıb.
Belə ki, Elgiz Vəziroğlunun fikirlərini məsxərəyə qoyub:
"Niyə camaata əziyyət verirsiniz? Sənin dağın başına qaldırana qədər o qədər əziyyət çəkərlər? Qoy basdırsınlar da. Sənin başına su tökülən kimi durub oturacaqsan. Üstünə o dəqiqə beton tökmək lazımdır ki, durmayasan".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun