“Onsuz da Allah cəzamı verib”

“Onsuz da Allah cəzamı verib”

“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə araşdırması başa çatır.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, çıxışlardan sonra hakim “Nikosayağı”ya son sözünü deməyi təklif edib. 

Bloqer son sözündə “özümü təqsirli bilirəm. Onsuz da Allah mənim cəzamı verib. Rəhmətə gedən insan da mənim qardaşım kimi doğma insan idi. Qardaşımın ailəsnindən də dönə-dönə üzr istəyirəm. Başqa sözüm yoxdur”-deyib. 

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib.