“DreamFest” Beynəlxalq Musiqi festivalında səhnə alacaq bir neçə ulduzun adı açıqlanıb.
OLAY yazır ki, 23-26 iyul tarixləri arasında baş tutması planlaşdırılan tədbirdə yer alacaq azərbaycanlı sənətçilər də təqdim edilib.
Festivalda ənənəyə sadiq qalaraq, tədbirin ev sahibi – Xalq artisti Emin Ağalarov çıxış edəcək.
Həmçinin Xalq artistləri Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Faiq Ağayev, Avroviziya təmsilçimiz Elnur Hüseynov, müğənni Roza Zərgərli, reper Orxan Zeynallı, Azərbaycan əsilli qazaxıstanlı müğənni Jah Khalib ( Bəxtiyar Məmmədov) festivalda performans göstərəcək.
Xatırladaq ki, builki festivalda türk ulduzlar Edis, Zeynep Bastık, Emre Altuğ, Lvbel C5 səhnə alacaq.























