“Məşhur olandan sonra verilişə tək gələcəm”

“Məşhur olandan sonra verilişə tək gələcəm”

Müğənni Mehin Hümbətova məşhur olduqdan sonra verilişlərə tək çıxacağını deyib.

OLAY yazır ki, ifaçı bu haqda “Elgizlə izlə”də danışıb. Aparıcı Elgiz Əkbər müğənniyə “Məşhur olandan sonra bizə salam verəcəksən” sualını ünvanlayıb. Mehin isə bu suala diqqət çəkən cavab verib.

“Məşhur olandan sonra artıq sizin verilişinizə tək gələcəm. Adətən, məşhur müğənnilərin belə “kapriz”i olur axı, ona görə”, - deyə, Hümbətova bildirib.

Qeyd edək ki, verilişin bugünkü buraxılışında müğənni Vüsal Hacıyev də qonaq olub. Mehin sözügedən fikirlərinin onunla əlaqəli olmadığını da əlavə edib.