"Pişik Günel" ləqəbilə tanınan müğənni Günel Ələkbərova bayağı ifalar edən həmkarlarını tənqid edib.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, "Xəbərin var?" verilişinin qonağı olan sənətçi çağırış edib:
"Sosial şəbəkələrdə belələrini görməkdən gözlərimiz mazol olub. Elə bil toyxanadır. Artıq bu "qıjıstor"ları yığışdırsınlar, senzura olsun. O qədər savadlı müğənnilərimiz var ki...
Lalə Məmmədova, Natavan Həbibi, Səidə, Elnarə, İradə İbrahimovalar var, bizim estradamız bunlardan ibarətdir. Estradamız 5-6 nəfər "qıjı", Hindistan mahnıları oxuyanlardan ibarət deyil!"
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun