Beren Saata “Vampirin qohumu” dedilər - FOTO

Beren Saata “Vampirin qohumu” dedilər - FOTO

Aktrisa Beren Saata izləyicilərindən maraqlı iltifatlar gəlib.

Milli.Az lent.az-a istinadən bildirir ki, illər boyu gözəlliyini itirməyən, zaman keçdikcə daha gənc və gözəl görünən Beren Saat haqqında bəziləri "adam heç olmasa ayıb olmasın deyə bir az yaşlanar" yazıblar.

Bir izləyici isə Berenin vampirlərlə qohum olduğunu, qan içərək özünə qulluq edib, gəncləşdiyini yazıb.

Hazırda 39 yaşı olan Beren 20 yaşından kameralar qarşısındadır və hər il yeni bir layihə ilə tamaşaçı qarşısına çıxır. 10 il öncə çəkildiyi "Aşkı Memnu" serialındakı böyük uğurundan sonra bir çox seriallarda rol alan Bereni izləyicilər həmkarı Kıvanc Tatlıtuğla qoşa görmək istəyirdilər.

Onlar nəhayət ki, yeni bir filmdə qoşa rol aldılar. Bu səbəblə Beren Saat son günlər haqqında ən çox danışılan məşhurlardan biridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun