Müğənnilər Təranə Qumral və Musa Musayev cütlüyü "Sevilən səhər" verilişinin qonağı olub.
Milli.Az xəbər verir ki,proqram zamanı Təranə Qumral həyat yoldaşı ilə bağlı maraqlı açıqlama verib. O, kişilərin yaşlandıqca daha da uşaqlaşdığını deyərək Musanın da bu xüsusiyyətə sahib olduğunu bildirib.
"Kişilər yaşlaşdıqca uşaqlaşırlar, evin şuluq uşağına çevrilirlər. Musa müəllim də uşaqlaşıb. Ona 'onu etmə, bunu elə' deyirəm. İndi də onu tərbiyələndirirəm. Evdə böyüdükcə uşaqlaşıb", - deyə müğənni söyləyib.
Musa Musayev isə həyat yoldaşının sözlərinə zarafatla cavab verib: "Sən də mənim yaşıma çatanda mənim kimi olacaqsan".
Cütlüyün efirdəki səmimi dialoqu maraq doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















