"Ürəyim istəyir alıb, sürərəm. Amma özümü o həyata öyrəşdirmirəm".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Maqazin plus" proqramında deyib. Sənətçi "Bentley" markalı avtomobilindən danışıb:
"Bizim o qədər bahalı maşın sürən sənətçimiz var ki, ulduzluqla əlaqəsi yoxdur. Allahın verdiyi fürsətdi, dəyərləndirmişik. Allah imkan verib, sürürəm. Hərdən bu həyatı dadıram, amma daimi deyil. Mənim üçün maşın ulduzluq yox, rahatlıqdır. Milləri bər-bəxəklə çaşdırmıram.
Ulduz həyatı yaşamıram, özümü ona öyrəşdirmirəm. Çalışıram elə yaşayım ki, sabah bu şöhrət olmayanda, üzülməyim".
N.Qaraçuxurlu biznes qurmaq istəyindən bəhs edib:
"Nəfsin arxasınca getməsən, pulun olacaq. İşini mükəmməlləşdir, pur özü gələcək. Bəzi gənclər elə bilir ki, bunu etmərəm, yenilik edərəm və çörəksiz qalaram. Sonda hər şey Allahın əlindədir. Sabahımdan narahat adamam. Amma iş baxımından yox. Etdiyim yeniliklər bəzən maddi qazancımı azaldıb. Amma bilmişəm ki, keyfiyyətlidir, edirəm. Hələ heç bir biznesim yoxdur, amma düşünürəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun