Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov televiziya kanalı açması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
OLAY yazır ki, bu barədə Mənsimov sosial media hesabında paylaşım edib.
“Son günlərdə bəzi media orqanlarında “EKOLTV” adlı televiziya kanalının sahibi olan şirkətin hissələrini aldığıma dair xəbərlər çıxıb. Keçmişdə radio sahəsində “PAL” radioları ilə yaşadığımız təcrübəni bu dəfə televiziya dünyasına keçirmək məqsədi ilə həyata keçirdiyimiz işlərin sonuna yaxınlaşmışıq. İdarə heyətinin rəhbəri olduğum “Palmali Holding” anonim şirkətinin nəznindəki media şirkətim ilə “EKOLTV” adlı kanalın alınması ilə bağlı görüşmələr son mərhələdədir. Türkiyədə televiziya xəbərçiliyi və yayımına yeni bir həyəcan gətirməyi hədəfləyirik və bu məqsədlə “EKOLTV”ni yaxın zamanda izləyicilərə təqdim edəcəyik. “EKOLTV”ni Türkiyənin xəbər kanalı etmək üçün işlərimizə ara vermədən davam etdiyimizi və bununla bağlı yeni məlumatlar verəcəyimi sizə bildirirəm”, - deyə, o, məlumat verib.