"Sosial şəbəkədən başım çıxmır".
Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Xəbər - ətər" verilişində deyib.
- Balaəlinin konsertdə ÇƏTİN ANLARI - VİDEO
- Renkaya görə taksi sürücüsü cəzalandırıldı
- "Hansı əməlinlə cənnətə girəcəksən?"
Sənətçi bildirib ki, sosial şəbəkələrdə paylaşımları yaxınlarının köməyi ilə edir:
"Nəyisə paylaşmaq istəyəndə gözləyirəm ki, kimsə gəlib kömək etsin. Bunlara mənim səbrim yoxdur. İnstaqramda "ürək" işarəsi var. Bir tək onun üstünə basa bilirəm. Orada xətrini istədiyim insanlara "ürək" işarəsini qoyurdum. Yanımda çalışmaq istəyən bir çox insanlarla danışmışam. İstədim ki, onlarla iş birliyim olsun. Yalan, haram, fırıldaqlıq kimi şeylərin olduğunu gördüm. Mən çox dəqiq bir insanam. Heç nəyə səbrim yoxdur. Bir dəfə səhv gördümsə deyirəm "sağol". Onlar içində xanım da olub, bəy "fasonunda" da olub. Çox olub amma onları yola salmışam. Bu işdir də... İşdə isə düzgünlük olmalıdır. Əgər müğənni sürücüsündən, köməkçisindən və prodüserindən yaradısa o dünyanın xoşbəxt insanıdır. Bu camiyədə də inanmıram ki, kimsə yarısın. O da ki, cəmi bir-iki nəfər. O da böyük əsəbi ilə başa gəlib. Buna isə mənim səbrim yoxdur. Nə mən onun qəlbinə dəyərəm nədəki istəyərəm ki, o məndən acı bir söz eşitsin. Elə ilk başdan deyirəm ki, "sağol". Nə sən özünü yor nədəki mənim əsəblərimlə oyna".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun