Viktoriya Bekhem özünü necə formada saxlayır? - FOTO

Viktoriya Bekhem özünü necə formada saxlayır? - FOTO

Dizayner Viktoriya Bekhem özünü necə formada saxlaması barədə paylaşım edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 49 yaşlı Viktoriya Bekhem idmanla fəal məşğul olur və bu yaxınlarda ayağının sınığı diaqnozu qoyulsa da, məşqləri buraxmır. Dizayner idman zalında çəkdirdiyi fotonu yayımlayıb və gipslə gəzməkdən yorulduğunu etiraf edib. Fotoda məşhur qısa qara köynək və leginsdədir.

O, məşqdən sonra necə dincəldiyini də göstərib. Viktoriya Bekhem daha sonra ayağının qırmızı işıq lampası altında uzanmış şəklini yayımlayıb. Modelyer əlində bir stəkan qırmızı şərab tutub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun