İnfluenser Xatirə Yüzbəyova (100beyova) mədəkiçiltmə əməliyyatından sonra ilk dəfə OLAY-ın kamerası qarşısına keçib.
O, əməliyyat prosesindən və atdığı çəkilərdən söz açıb:
“Əməliyyatdan sonra ilk dəfə sizin kameranız qarşısındayam. Özümü həm psixoloji həm də fiziki hazırlamışdım. Araşdırmışdım. Çox yaxşı keçdi. Əməliyyatın 4-cü günü maşın idarə edib, gəzib rəfiqələrimlə görüşürdüm. Artıq 1 ay olacaq ki, əməliyyat olunmuşam. Bu müddətdə 13 kiloqram itirmişəm. Özümü çox yüngül, rahat hiss edirəm. Acmıram, yemək istəmirəm. Yemək mənim prioritetlərim sırasında deyil. Uzun müddətdir araşdırırdım. Taleh deyirdi ki, lazım deyil. Qorxurdu. Amma qorxacaq heç nə yox idi. Çox fikirləşdim, asan addım deyildi. Yeməkdən imtina etmək asan deyil”.
Yüzbəyova xəstəxanaya tək getməsindən də söz açıb:
“Kədərli anlarımda doğmalarımı yanımda görmək istəmirəm. Onda lap kövrəlib pis oluram. Ona görə tək getmək istədim, həm də Taleh evdə uşaqlarla idi. Anam uşaqlara nəzarət edəndən sonra Taleh yanıma, xəstəxanaya gəldi”.
Qonşuları ilə davamlı problem yaşayan influenser onlarla bağlı “story”lərinin bir fayda vermədiyini söyləyib:
“Deyəsən, qonşularım mənim hekayələrimi izləmirlər. Yenə də döşəməyə vururlar, taqqıldadırlar. Çalışıram ki, onlarla yola gedim. Qonşu çətin məsələdir”.