"Bir-iki telekanalı çıxmaq şərti ilə hər gün Azərbaycanda ailə institunun dağılması yolunda bir yarış gedir".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı "YouTube"da yayımlanan verilişlərin birinə müsahibəsində deyib.
Sənətçi ailələrin dağılmasını efirdə nümayiş etdirən televiziya kanallarını sərt şəkildə tənqid edib:
"Telekanallarımızın əksəriyyətində verilişlər var, orada azərbaycan kişisi axmaq, gəzəyən kimi təqdim olunur, qadın isə həyasız kimi. Saç yolduya çıxırlar, boşanıb-evlənirlər... Hər gün bu şeylər efirdə nümayiş olunur. Hər gün əgər bir Azərbaycan gənci bunları görürsə, o zaman o, böyüyə necə hörmət edəcək? Əgər mənim böyüyüm və ağsaqqalım və ağbirçəyim budursa... Yox, bunlardan uzaq..."
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun