Müğənni Zamiq Hüseynov ötən gün Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Bayer" - "Qarabağ" oyunu ilə bağlı paylaşım edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi video paylaşaraq "Qarabağ" komandasına edilən haqsızlıqdan danışıb:
"Ağlım kəsəndən futbol azarkeşiyəm. Bu gün "Qarabağ"a olan haqsızlıq heç vaxt qarşıma çıxmayıb. Aldığımız qırmızı kart gülünc idi. İnanıram ki, bütün dünya hakimə güldü. 7-ci dəqiqədə vurulan qol, inanılmaz dərəcədə haqsızlıq idi. Fəxr edirəm ki, "Qarabağ" klupu Almaniya liqində zirvədə olan Leverkuzenin dizini yerə qoydu. Qurban Qurbanov, biz sizinlə fəxr edirik. Bu sevinci bizə yaşatdığınız üçün təşəkkür edirik. Dünyaya sübut etdiniz ki, "Qarabağ" böyük klubdur".
Qeyd edək ki, "Bayer"-"Qarabağ" matçı 3:2 hesabla bitib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun